Tramp Şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil
"Mən bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Harrinin həyat yoldaşı ilə kifayət qədər problemi var. Qadın dözülməzdir", - Tramp bildirib.
Marqaret Tetçer adına mərkəzin analitiki Nayl Qardiner daha əvvəl müsahibəsində Harrinin yaxın aylarda deportasiya ediləcəyini deyib.
Britaniya şahzadəsinin viza məsələsi onun "Spare" avtobioqrafiyasının dərc olunmasından sonra yenidən aktuallaşıb. Kitabda o, yeniyetmə yaşlarında kokain istifadə etdiyini etiraf edib.
2024-cü ilin mart ayında Tramp söyləyib ki, əgər Harrinin vizası qanunsuz əldə edilibsə, o, arzuolunmaz nəticələrlə üzləşə bilər.
Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər.
AzVision.az
Teqlər: