Polşa Ukraynaya daha 10 Leopard 2A4 verdi

   Polşa Ukraynaya daha 10 Leopard 2A4 verdi
  09 Mart 2023    Oxunub:781
Polşa Ukraynaya daha 10 Alman Leopard 2A4 tankını təhvil verib.
RMF24 yazır ki, baş nazirin müavini, Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak jurnalistlərə bildirib ki, Ukrayna tankçıları təlimləri başa vurub.

"Biz daha 10 Leopard 2A4 tankını Ukraynaya təhvil vermişik. Bu tanklarda Ukrayna tankçılarının təlimi prosesi də başa çatıb. Biz Leopard 2A4-lərdən ibarət bütöv bir batalyon yığa bildik. Beləliklə, biz beynəlxalq koalisiyanın bir hissəsi olaraq Ukraynanı dəstəkləyirik”, - deyə o bildirib.

Blaşçakın sözlərinə görə, tank batalyonuna Kanadadan 8, Norveçdən 8 və İspaniyadan 6 tank da daxildir.

"Əlbəttə altı. Mən İspaniyanın müdafiə naziri Marqarita Robleslə danışdım - bəlkə daha 4 tank", - o, tankların çox qısa müddətdə Ukraynaya çatacağını qeyd edib.

İndi Polşa Ukraynaya gələcək tanklara texniki qulluq və təmir üçün mərkəz təşkil etməyə başlayıb.

"Bu tanklar üçün ehtiyat hissələri problem yaradır. 20 il əvvəl bu hissələrin istehsalı dayandırılmışdı, lakin biz onu bərpa etməyə hazırıq, təbii ki, almanlarla əməkdaşlıq etməklə", - Blaşçak əlavə edib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərini 10-cu zirehli süvari briqadasının polşalı təlimatçıları, həmçinin Kanada və Norveçdən olan təlimatçılar hazırlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti