Gəmidə olan 284 sərnişin norovirusa yoluxdu
![Gəmidə olan 284 sərnişin norovirusa yoluxdu Gəmidə olan 284 sərnişin norovirusa yoluxdu](https://azvision.az/photos/2023/03/2020-04-19t004633z_764013367_mt1aap000uzr4j5_rtrmadp_3_ruby-princess-departure_4f8-1678358795.jpg)
CBC News yazır ki, bütün sərnişinlər öz kabinələrində təcrid olunublar. Onların çoxunda qusma və ishal müşahidə olunur. Gəminin məxsus olduğu "Carnival Corporation" bəyan edib ki, hələlik xəstəliyin mənbəyi müəyyən edilməyib. Lakin norovirus çox vaxt "kruiz gəmisi virusu" adlandırılır. Yəni bu gözlənilən xəstəlikdir.
Qeyd edilir ki, “Ruby Princess” kruiz gəmisi fevralın 26-dan martın 5-dək fəaliyyət göstərib. Hazırda layner Texas ştatının Qalveston şəhəri yaxınlığında dayanıb. Burada epidemioloqlar sərnişinlərdən lazımi nümunələri toplayırlar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Gəmi