Ordunun keçmiş binasından çıxarılan ermənilər aksiya keçirirlər

   Ordunun keçmiş binasından çıxarılan ermənilər aksiya keçirirlər
  09 Mart 2023    Oxunub:1131
Ermənistan Müdafiə Nazirliyinin balansında olmuş binanın sakinləri yenidən hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, onlar müvəqqəti olaraq evlərinə qayıtmaq üçün icazə tələb edirlər.

"Tələbimiz dəyişməzdir. Ümid edirik ki, problem nəhayət həll olunana qədər müvəqqəti olaraq evlərimizə qayıdacağıq. Bir-iki gün əvvəl mənzilimdə idim, orada hər şey alt-üst edilib. Uşaq paltarlarının üzərində şüşə qırıntıları var idi. Biz istəyirik ki, hökumət nümayəndəsi dərdimizi dinləsin. Amma bizə polisin köməkliyi ilə hansısa yataqxananın açarlarını veriblər. Orada (Müdafiə Nazirliyinin keçmiş binasında - red.) 127 mənzil var idi... Qoy bizə desinlər ki, hər şey hansı prinsiplə edilib, prioritetlər nə olub. Nə üçün bir nəfərə də və 8 nəfərdən ibarət ailəyə də 17 kvadratmetrlik otaqlar ayrılıb. Polis indi bizimlə ultimatum dili ilə danışır”, - sakinlərdən biri jurnalistlərə deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti