Əfqanıstanda partlayış, qubernatoru öldürdülər

   Əfqanıstanda partlayış,    qubernatoru öldürdülər
  09 Mart 2023    Oxunub:712
Əfqanıstanın şimalındakı Bəlx vilayətində partlayış baş verib. Bu barədə yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən Tolo News telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində vilayətin qubernatoru ölüb. Qeyd olunur ki, partlayış iclas zamanı yerli administrasiyanın ofisinin içərisində baş verib. Digər ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qətərin Əl-Cəzirə telekanalı cümə axşamı partlayış nəticəsində ölən və yaralananların olduğunu, onların dəqiq sayının məlum olmadığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti