Surenyanç: "Ermənilər burunlarını gürcü “mətbəxinə” soxmasın!"

    Surenyanç:   "Ermənilər burunlarını gürcü “mətbəxinə” soxmasın!"
  09 Mart 2023    Oxunub:802
Xəbər verdiyimiz kimi Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Erməni politoloq Suren Surenyanç mövzu ilə bağlı yerli mediaya danışarkən maraqlı açıqlamalar verib.
O, öz xalqına səslənərək "Özünə umac ova bilməyənlərin, özgəsinə əriştə kəsməsi"ni qınayıb.

Erməni politoloq xalqını aşağıladı: "Yaponlar qədər də olmadıq"
- Gürcüstanda parlamentin birinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləməsi etirazlara səbəb oldu. “Xarici agentlər” haqqında qanun təkcə Rusiyada deyil, ABŞ-da da mövcuddur və 1938-ci ildə qəbul olunub. Eyni zamanda, layihənin gürcü versiyası və müxalifətin "rus variantı" hesab etdiyi qanun Amerikadakından qat-qat liberaldır. Mən nə demək istəyirəm?

Yəni bir tərəfdən istənilən vətəndaş cəmiyyətinin məhdudiyyətlərə qarşı mübarizə aparması tamamilə təbiidir. Digər tərəfdən Gürcüstanda xarici komponentlərin daha çox göz qabağında olması proses gedir. Gürcüstan hökuməti Ukrayna müharibəsində neytral qalır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma Tbilisi Qərbin Rusiyaya qarşı sanksiyalarına da qoşulmur. İndi özünüz mühakimə edin ki, Tbilisidə “Rusiya qanunu"na qarşı nümayişlərin keçirilməsi və ümumilikdə Gürcüstanın qlobal münaqişənin “ikinci cəbhəsi”nə çevrilməsi kimə lazımdır. Yeri gəlmişkən, bizim “qlobalistlərə” məsləhət də var- burnunuzu gürcü “mətbəxinə” soxmayın! Gürcü xalqı sizsiz də dərdinə çarə tapacaq,- erməni politoloq qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Politoloq  





Xəbər lenti