O qeyd edib ki, "həyat artıq erməni xalqına sübut edib ki, müharibələrin səbəbi Qarabağ və Zəngəzur, Cermuk və ya Sotk mədənləri ilə bağlı amillər deyil, məhz Nikoldur. İndi bu sadə həqiqəti yalnız cahillər başa düşmür".
- Məğlubiyyət və təslimçilik simvoluna çevrilən Nikol artıq qulağına qədər danışıqlar bataqlığına batıb. Hansı ki, burada onun heç bir dayağı yoxdur. Serj Sarkisyanın da düzgün təsvir etdiyi kimi, Nikol hazırda danışıqlar aparmır. O, müxtəlif təsir mərkəzlərinin təzyiqi altındadır, mübahisəli və çox vaxt təlaşlı siyasət yürütməyə məcburdur. Nəticədə baş nazir, Qarabağ erməniləri və Ermənistanın minimal maraqlarını güdərək, bütün mümkün istiqamətlərdən boyun qaçırdı. Sülh proqramı ilə bağlı zaman isə tükənir. Elə sülhə nail olmaq üçün potensial təminatlar və məhdud resurslar da tükənir, - Zakaryan ölkəsinin düşdüyü ağır siyasi durumdan gileylənib.
![]() |
"Böyük müharibəyə hazırlıq gedir, İran bizim üçün döyüşəcək" - Erməni general |
- Hətta 2021-ci ilin yayında Ermənistanın Qarabağ və ölkəmizin təhlükəsizliyi, davamlı sülh ilə bağlı danışıqlar mövqeləri indikindən daha əlverişli idi. Həmin ildə Nikolu yenidən seçən Ermənistan layiqli sülh əldə etmək imkanından məhrum oldu. Üstəlik, bu adamın sayəsində İrəvan yeganə strateji müttəfiqini, digər beynəlxalq tərəfdaşlarını və dəstəkçilərini itirir. Əvəzində Azərbaycan onu dəstəkləyən ölkələrin dairəsini genişləndirir. Ermənistan və Qarabağdakı erməniləri gözləyən narahat gələcəyə işarə edən bütün qırmızı işıqlar artıq yandırılıb, - keçmiş nazir müavini xalqına xəbərdarlıq edib.
Xatırladaq ki, martın 1-də Ermənistan xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyan da yeni müharibə anonsu vermişdi. O, "Biz növbəti müharibəyə hazırlaşmalıyıq. Təəssüf ki, bu olacaq. Müharibəyə demək olar ki, heç bir şübhəm yoxdur" deyib.
Tural Tağıyev
AzVision.az