Dünyanın ən yaşlı qadını dünyasını dəyişdi

Dünyanın ən yaşlı qadını dünyasını dəyişdi
  08 Mart 2023    Oxunub:1000
Dünyanın ən yaşlı qadını hesab edilən Cənubi Afrika Respublikası vətəndaşı Yohanna Mazibuko vəfat edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, 128 yaşında dünyasını dəyişib.

Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində vəfat edən 7 uşaq anasının insultdan öldüyü bildirilir.

Xatırladaq ki, Mazibukonun dünyanın ən yaşlı qadını olması faktı rəsmi olaraq təsdiqlənməyib.


Teqlər:





Xəbər lenti