Tehranda konfrans: Paniranistlər və daşnaklar bir arada - VİDEO
![Tehranda konfrans: Paniranistlər və daşnaklar bir arada - VİDEO
Tehranda konfrans: Paniranistlər və daşnaklar bir arada - VİDEO](https://azvision.az/photos/2023/03/hjjhjhghghghghgh-1678213700.jpg)
Bunlar Tehran Beynəlxalq Araşdırmalar İnstitutu, Müasir Dünya Araşdırmaları İnstitutu, “Vətən yolu” jurnalı, Mərkəzi Avrasiya Araşdırmaları İnstitutu, Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya İqtisadi Fondu, İran-Ermənistan Dostluq Cəmiyyəti və “Azəriha” analitik-informasiya portalıdır.
Elə bu siyahıya baxmaqla, tədbirin hansı məzmunda və atmosferdə keçəcəyini qabaqcadan söyləmək mümkün idi.
Belə ki, adı çəkilən qurumlar davamlı anti-Azərbaycan və anti-türk çıxışları ilə, necə deyərlər, ad çıxarıb, “Vətən yolu” və “Azəriha” nəşrləri isə paniranizmin manqurtlaşdırdığı azərbaycanlıların tribunası kimi yaxşı tanınır, yəni onların hansı tezislərlə çıxış edəcəyi bəri başdan məlumdur.
Tədbir nəzərdə tutulan tarixdə Tehrandakı Erməni Klubunun konfrans zalında baş tutub və nə az, nə çox – düz 7 saat davam edib. Bu günlərdə özünün 40 illiyini Ermənistandan gəlmiş qonaqların iştirakı ilə təntənəli surətdə qeyd edən “Hur” Tərcümə və Tədqiqat Mərkəzi tədbirin əsas təşkilatçısı kimi özünün sosial media hesablarında onun gedişini əks etdirən üç hissəlik fotoreportaj dərc edib.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
AzVision.az
Teqlər: