Gürcüstanda vəziyyət gərginləşib- Minlərlə etirazçı küçələrə çıxıb

   Gürcüstanda vəziyyət gərginləşib-   Minlərlə etirazçı küçələrə çıxıb
  07 Mart 2023    Oxunub:1467
Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar.

Qeyd edək ki, parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti