130 ukraynalı hərbçi əsirlikdən geri qaytarılıb
![130 ukraynalı hərbçi əsirlikdən geri qaytarılıb 130 ukraynalı hərbçi əsirlikdən geri qaytarılıb](https://azvision.az/photos/2023/03/16782049342969710022_1000x669-1678206448.jpg)
Azad edilən hərbi qulluqçular arasında Milli Qvardiyanın üzvləri, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onlardan 87-si Mariupolun müdafiəçisi, o cümlədən 71-i “Azovstal”ın əsgəridir. Bundan başqa, Baxmut və Soledar bölgələrində əsir götürülənlərdən 35 nəfəri geri qaytarılıb.
Qeyd edilib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2000-ə yaxın vətəndaşını əsirlikdən azad edib.
AzVision.az
Teqlər: Əsir