BMT rəhbəri Kiyevdə taxılla bağlı mühüm görüş keçirəcək

 BMT rəhbəri Kiyevdə taxılla bağlı mühüm görüş keçirəcək
  07 Mart 2023    Oxunub:868
BMT-nin baş katibi Antonio Quterreş Ukrayna səfəri zamanı öncə Polşaya gəlib. O burada martın 8-də prezident Vladimir Zelenski ilə Qara dəniz taxıl sazişinin uzadılması məsələsini müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

BMT rəsmisi Stefan Düjarrik bildirib ki, Quterreş sazişin davam etdirilməsində “bütün aspektləri və digər müvafiq məsələlərdə” müzakirə edəcək. Onun sözlərinə görə, baş katib martın 9-da Nyu-Yorka qayıdacaq.

Nəşrin yazdığına görə, iyul ayında BMT ilə Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən və noyabrda uzadılan 120 günlük "taxıl razılaşması"na tərəflərdən heç biri etiraz etməsə, o, martın 18-də yenidən uzadılacaq. Rusiya rəsmiləri isə öz kənd təsərrüfatı məhsullarının ixracına yaradılan maneələrin aradan qaldırılacağı təqdirdə, Ukrayna ilə "Qara dəniz taxıl müqaviləsi"ni davam etdirəcəyinə işarə etdi.

Qeyd edək ki, bu, baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Ukrayna  





Xəbər lenti