Ukrayna taxıl sazişinin uzadılması üçün danışıqlara başladı

   Ukrayna taxıl sazişinin uzadılması üçün danışıqlara başladı
  07 Mart 2023    Oxunub:964
Ukrayna Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasına dair tərəfdaşlarla müzakirələrə başlayıb.
Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, Kiyev dünya bazarlarına taxıl tədarükünü davam etdirə bilməsini təmin etmək məqsədi daşıyan Qara Dəniz Taxıl Təşəbbüsünü genişləndirmək üçün tərəfdaşlarla onlayn danışıqlara başlayıb.

Mənbə vurğulayıb ki, Ukrayna ötən il işğalından sonra Ukraynanın Qara dəniz limanlarını bağlayan Rusiya ilə danışıqlar aparmayıb: “Kiyev tərəfdaşlarının Moskva ilə danışdığını anlayışla qarşılayır. Danışıqlarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. İndi çox şey bizdən deyil, tərəfdaşlardan asılıdır”.


AzVision.az


Teqlər:





Xəbər lenti