Almaniyada yüz minlərlə insan işsiz qala bilər

   Almaniyada yüz minlərlə insan işsiz qala bilər
  07 Mart 2023    Oxunub:900
Almaniya həmkarlar ittifaqları elektrik enerjisinin qiymətlərinin qalxmasından narahatdırlar, çünki bu, iş yerləri üçün təhlükə yarada bilər.
Bu barədə “Die Welt” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, IG Metall, IGBCE və IG BAU həmkarlar ittifaqları, xüsusilə metallurgiya, kimya və tikinti materialları kimi enerji tutumlu sektorlarda iş yerlərinin itirilməsi və zavodların bağlanması riskinin olduğu barədə birgə bəyanat yayıb.

IG Metall-in sədri Yörq Hofmanın sözlərinə görə, hakimiyyət orqanları enerji qiymətlərinin tənzimlənməsi üçün bu sahəyə mütləq müdaxilə etməlidir: “Əgər bu baş verməsə, o zaman polad, alüminium istehsalı və çoxlu enerji istehlak edən digər sənaye sahələri yox ola bilər. Bu, yüz minlərlə işə təsir edəcək”.

IGBCE sədri Mixael Vassiliadis xəbərdarlıq edib ki, kimya və kağız sənayesinin hazırda daha çox enerjiyə ehtiyacı var. Sənayenin bu sahələrinin bağlanması ilə bütün ölkənin sənayesizləşməsi baş verə bilər.


AzVision.az


Teqlər:





Xəbər lenti