Zəlzələlərin Türkiyəyə vurduğu ziyan açıqlandı

 Zəlzələlərin Türkiyəyə vurduğu ziyan açıqlandı
  07 Mart 2023    Oxunub:1453
" Fevralın əvvəlində Türkiyə və Suriyada baş verən zəlzələlərin iqtisadi ziyanı təkcə Türkiyədə 100 milyard dolları keçəcək".
Bunu Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton deyib.

"Qiymətləndirmə hələ də davam edir və Aİ donorlarının martın 16-da Brüsseldə keçirilməsi planlaşdırılan konfransında başa çatması gözlənilir, lakin zərərin 100 milyard dollardan çox olacağı artıq aydındır".

Uinton aydınlaşdırıb ki, bu təxmin yalnız Türkiyəyə aiddir. BMT nümayəndəsinin sözlərinə görə, zəlzələ nəticəsində 600 mindən çox mənzil və ofisin yerləşdiyi 200 mindən çox bina dağılıb.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti