Kəbəyə bənzər əyləncə mərkəzi tikirlər - VİDEO

   Kəbəyə bənzər əyləncə mərkəzi tikirlər -    VİDEO
  07 Mart 2023    Oxunub:1220
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxt Ər-Riyadda dünyanın ən böyük müasir şəhər mərkəzini quracaq. Bununla bağlı təqdim edilən Mukaab layihəsində göstərilir ki, oxşar adla Kəbəyə bənzər bina inşa ediləcək.
Layihə müsəlmanların böyük reaksiyasına səbəb olub. Onların sərt münasibətinə səbəb isə binanın tək dizayn baxımdan deyil, həm də ad baxımından Kəbə ilə oxşar olmasıdır.

Mukaab layihəsi 400 metr hündürlükdə olacaq və 20 Empire State binanı özündə birləşdirəcək.

Sözügedən layihədə otel otaqları, pərakəndə satış yerləri və turistik yerlər olacaq.

Layihə əsasında inşa edilən mərkəzdə texnologiyanın köməyi ilə bir çox fərqli coğrafiyanın iqlimi tətbiq ediləcək. Orada həmçinin 80-dən çox əyləncə və mədəniyyət məkanı, muzey, teatr və hətta universitet olacaq.

"Başqa dünyanın qapısı" şüarı ilə təbliğ edilən və Kəbəyə bənzərliyi ilə böyük əks-səda doğuran binanın 2030-cu ilə qədər tamamlanması gözlənilir.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti