Ermənistan müdafiə nazirinin keçmiş müavini öldü

  Ermənistan müdafiə nazirinin keçmiş müavini öldü
  07 Mart 2023    Oxunub:772
Ermənistan müdafiə nazirinin keçmiş müavini, 5-ci çağırış Milli Assambleyanın deputatı Artak Davtyan ölüb. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə onun keçmiş həmkarı, müdafiə nazirinin eks-müavini Artak Zakaryan sosial şəbəkələrdə məlumat yayıb.

Daha bir cani erməni general öldü
Qeyd edək ki, Davtyan 1998-ci ildən 2003-cü ilə qədər “Dəmir Yolu Nəqliyyatı” Dövlət Qapalı Səhmdar Cəmiyyətində direktor müavini, sonra isə direktor vəzifəsində çalışıb. O, bundan sonra “Ermənistan Dəmir Yolu” QSC-nin baş direktorunun müavini təyin edilib.

2003-2004-cü illərdə - Ermənistanın energetika nazirinin müavini işləmiş Davtyan 2009-cu ildən 2017-ci ilə qədər "Respublika" Partiyasından deputat seçilib. Artak 2017-ci ildə müdafiə nazirinin müavini olub. O, 2018-ci ildə “məxməri inqilab”a qədər bu postu tutub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti