"Pekin Ukraynadakı münaqişə tərəflərinin heç birinə silah vermir" - XİN

   "Pekin Ukraynadakı münaqişə tərəflərinin heç birinə silah vermir" -    XİN
  07 Mart 2023    Oxunub:929
Çin Ukraynadakı münaqişənin tərəfi deyil və tərəflərin heç birinə silah vermir.
AzVision.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Tsin Qan Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) sessiyası çərçivəsində keçirilən illik mətbuat konfransında deyib.

“Çin böhranın nə təşəbbüskarı, nə də maraqlı tərəfidir, biz də münaqişə tərəflərinin heç birinə silah vermirik. Çini ittiham etmək, hətta sanksiyalar və təhdidlər tətbiq etmək üçün əsas nədir? Biz bunu heç vaxt qəbul etməyəcəyik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna məsələsində Pekin həmişə işin şərtlərindən asılı olaraq müstəqil qərarlar verir. Diplomatın qeyd etdiyi kimi, “sülh və müharibə arasında” Çin “sülh”ü, “dialoq və sanksiyalar arasında” Çin isə “dialoqu seçir”.

AzVision.az


Teqlər:





Xəbər lenti