Avstriya XİN: “Rusiyanın Aİ-dən tam iqtisadi təcrid edilməsi mümkün deyil”

      Avstriya XİN:    “Rusiyanın Aİ-dən tam iqtisadi təcrid edilməsi mümkün deyil”
  06 Mart 2023    Oxunub:857
“Rusiya regionun ən böyük qonşusu olduğu üçün Avropa İttifaqı (Aİ) ölkələrindən tam iqtisadi təcrid olunması mümkün deyil”.
AzVision.az xəbər verir ki, bu fikri Avstriyanın avropa və xarici işlər naziri Aleksandr Şallenberq “Der Standard” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropada Rusiyadan tam ayrılmaq istəyənlər var: “Nə istədiyimizə diqqət etməliyik. Rusiya yox olmayacaq, Aİ-nin ən böyük qonşusu olaraq qalacaq”.

Nazir əlavə edib ki, Rusiyanın Şimali Koreyadan iqtisadi cəhətdən təcrid oluna biləcəyini düşünmək yanlış olardı: “Bu sadəcə mümkün deyil”.


AzVision.az


Teqlər:





Xəbər lenti