Ərdoğan ermənilərdən üzr istəyənləri ağıllı sayır

Ərdoğan ermənilərdən üzr istəyənləri ağıllı sayır
  10 Aprel 2013    Oxunub:1223
Türkiyəli jurnalist Arslan Bulut “Yeni Çağ” qəzetində dərc edilmiş məqaləsində bir sıra maraqlı məqamlara toxunub

O, “İşte Tayyib Beyin arkadaşları!” adlı məqaləsində bildirib ki, Türkiyənin PKK ilə barışığında seçilən 63 “aqil insan”ı siyahısında 2008-ci ildə ermənilərdən üzr istəyən şəxslərində adı var. AzVision.az həmin yazını təqdim edir:

“Tayyip Ərdoğan şəxsən təyin etdiyi 63 "ağıllı insan" üçün "63 adın bir masa ətrafında toplanması, eyni kadrda şəkil çəkdirməsinin özü belə son dərəcə müsbət, ümid verici bir hadisədir. Bir ay sonra bu yoldaşlarımızla bir araya gələrək, bu barış müddətini qiymətləndirəcəyik"-dedi Ərdoğan. Həm də Ərdoğan söyləyib ki, bu 63 nəfəri yüzlərlə insanın arasından seçib. Ərdoğanın sözlərindən belə başa düşülür ki, yüzlərlə insanın arasından seçdiklərini yəqin bu siyahıdan hazırlayıblar:

Bu mövzuyla bağlı əlimdə ciddi bir məlumat var. Daha doğrusu bir siyahı var. Bəhs etdiyim siyahı 2008-ci ildə Ermənilərdən üzr istəyən insanlardan ibarətdir. Deyilə bilər ki, “Ermənilərdən üzr istəyənlər siyahısının 63 ağıllı insanın siyahısı ilə nə əlaqəsi var?”

Əlaqə budur.. Ərdoğanın 63 ağıllı insan siyahısında olanların bəziləri Ermənilərdən üzr istəyənlərin də siyahısında var.

Həmçinin Tayyip Ərdoğan da ermənilərdən üzr istəyənlərin kampaniyası zamanı bildirib ki, ermənilərə qarşı heç bir cinayət işlənməyib və işlənməyən cinayətə görə də üzr istənilməyəcək.

Üzr mətni belədir: “1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı Böyük fəlakətə laqeyd qalınmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hiss və acılarını paylaşıram, onlardan üzr istəyirəm”

Ermənilərdən üzr istəyən kampaniyanın liderliyini Ahmet İnsel, Baskın Oran, Cengiz Aktar və Əli Bayramoğlu etmişdi. İki siyahını müqayisə edəndə görərik ki, Əli Bayramoğlu, Baskın Oran, Lale Mansur, Muhsin Kızılkaya, Murat Belge, Tarhan Erdem, Fazil Hüsnü Erdem, Kezban Hatəmi, Doğu Ergil, Mithat Sancar, Yücel Sayman və Oral Çalışların adları hər iki siyahıda da var.

Bu vəziyyətdə Tayyib Ərdoğan, ağıllı insanları və ya ağıl dostlarını ermənilərdən üzr istəyənlər siyahısından seçmiş deyə bilərikmi?”

Hazırladı: Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti