Rada Medvedçukun deputat səlahiyyətlərinə xitam verdi

   Rada Medvedçukun deputat səlahiyyətlərinə xitam verdi
  13 Yanvar 2023    Oxunub:737
Ali Rada Ukrayna vətəndaşlığından məhrum edilmiş müxalif siyasətçilərin- Viktor Medvedçukun, Taras Kozakın, Renat Kuzminin və Andriy Derkaçının deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul edib.
Onun sözlərinə görə, müvafiq qərarın lehinə 300 deputat səs verib. Parlamentin saytında dərc olunan sənədlərin mətnlərində deputatların səlahiyyətlərinə onların Ukrayna vətəndaşlığından məhrum edilməsi səbəbindən xitam verildiyi göstərilir.

Çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski müxalif siyasətçilərin- Medvedçukun, Kozakın, Kuzminin və Derkaçının Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı qərar verib. O əlavə edib ki, bunlar “sonuncu belə qərarlar deyil”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti