Ermənistan prezidenti Estoniyaya gedəcək

   Ermənistan prezidenti Estoniyaya gedəcək
  13 Yanvar 2023    Oxunub:804
Ermənistan prezidenti Vaaqn Xaçaturyan gələn həftə Estoniyaya səfər edəcək.
“The Baltic Times”ın yazdığına görə, Xaçaturyanın estoniyalı həmkarı Alar Karislə danışıqları yanvarın 16-na planlaşdırılıb.

Prezidentlər ikitərəfli əlaqələri, texnologiya və elektron idarəetmə sahəsində əməkdaşlığı müzakirə edəcəklər. İclasın gündəliyinə Avropada təhlükəsizliklə bağlı məsələlər də daxil ediləcək.

Nəşr qeyd edir ki, yanvarın 17-də prezidentin Estoniya parlamentinin sədri və xarici işlər naziri ilə danışıqları planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti