İranda 3 şəhər yerlə-yeksan oldu- Yenilənib

İranda 3 şəhər yerlə-yeksan oldu- Yenilənib
  10 Aprel 2013    Oxunub:1155
Zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 800 nəfər yaralı var.
Ən son məlumata görə,İranın Buşəhr şəhərində 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 32 nəfər ölüb. AzVision.az -ın“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 800-dən çoxdur. Təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.

Hadisə yerində yerli və qonşu vilayətlərdən gəlmiş xilasetmə qüvvələri çalışır. Dağıntılar altında qalanlar olduğundan ölənlərin sayının artacağı gözləilir.

Qeyd edək ki, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti