Covid-19-un iki yeni variantı aşkar edildi

Covid-19-un iki yeni variantı aşkar edildi
  28 Oktyabr 2022    Oxunub:875
Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.
Bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.

UKHSA rəsmisi Mira Çand, ““SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir”, - deyə qeyd edib.

O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.


Teqlər:





Xəbər lenti