Çexiya Ermənistanla əlaqələri gücləndirir

 Çexiya Ermənistanla əlaqələri gücləndirir
  08 Aprel 2013    Oxunub:1037
Çexiyanın xarici işlər naziri Ermənistana səfər edəcək.
Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq aprelin 10-da ermənistana səfər edəcək. Bu barədə Çexiyanın Xarici işlər nazirliyinin saytında məlumat verilib.

Naziri çex iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Erməni siyasətçiləri ilə görüşlərdə ikitərəfli əlaqələr ,qarşılıqlı əməkdaşlıq məsələləri , aktual daxili-siyasi problemlər,ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı prosesi, eləcə də regional inkişaf məsələlərini müzakirə ediləcək.

Şvartsenberqin erməni həmkarı Edvard Nalbandyan və Ermənistanın baş naziri Tiqran Sərkisyanla da görüşəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti