Ölümə meydanda meydan oxuyan uşaq

Ölümə meydanda meydan oxuyan uşaq
  08 Aprel 2013    Oxunub:1436
ABŞ-da beyin xərçənginə tutulan 7 yaşlı Cek Hofmanın hərəkəti, insanların həm marağına, həm də təəccübünə səbəb olub.
Belə ki, Cek ölümcül xəstəliyi ilə mübarizə apardığı halda, forma geyinərək pərtəstişkarı olduğu komandanın oyununda oyunçu kimi iştirak edib.
Beyin xərçəngi müalicəsi görən uşağın, ölümə meydan oxuyan təki sahədəki qaçışı, tribünlerde və ekran başında matçı izləyənlərə maraqlı anlar yaşadıb.
7 yaşlı Cek isə hansı hissləri keçirdiyini jurnalistlərlə paylaşıb:
“Həyatımın ən böyük xoşbəxtliyini yaşadım. ÖZümü yuxuda kimi hiss edirdim”.
Qeyd edək ki, 2011-ci ilin aprel ayında beyin xərçəngi diaqnozu qoyulan Cek Hofman, beynindən iki dəfə əməliyyat olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti