Ermənistanda demokratiya fondu yaradılır

Ermənistanda demokratiya fondu yaradılır
  06 Aprel 2013    Oxunub:1352
Ermənistanda demokratiyanın bərqərar olması üçün yeni fond yaradılır
Ermənistanda çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunan prezident seçkilərində məğlub olan müxalifət lideri Raffi Ovanisyan yeni fond yaratmağa hazırlaşır.

"Ermənistanda demokratiyanın inkişafı fondu" adlanan qurum bu ildən işinə başlayacaq. Fondun yaradılması zərurətindən danışan "İrs" lideri məqsədlərinin demokratik dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, hazırda ölkə prezidenti Serj Sərkisyan Ermənistanda totalitar rejim yaradaraq bütün demokratiya anlayışını ayaqlar altına atıb.

Ovanisyan bildirib ki, əgər belə davam edərsə bir neçə ildən sonra sadə ermənilər ümumiyyətlə demokratiya anlayışının nə olduğunu unudacaq. Müxalifət lideri bütün həmkarlarını bu qurum ətrafında birləşərək rejimə qarşı mübarizəyə səsləyib.


Teqlər:





Xəbər lenti