Nurçu azərbaycanlılar Peterburqda saxlanıldı

Nurçu azərbaycanlılar Peterburqda saxlanıldı
  06 Aprel 2013    Oxunub:1607
Peterburqda nurçu ekstremist qruplaşmasına üzv olan iki azərbaycanlı saxlanılıb.
AzVision.az xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburq və Leninqrad vilayətində nurçu ekstremist qruplaşmasına qarşı açılan cinayət işinin araşdırılması çərçivəsində fəaliyyətində yeni axtarışlar aparılıb.

“Şəhərdə və vilayətdə aparılan axtarışlar nəticəsində yenə də eksremist ədəbiyyat nümunələri ələ keçirilib. Cinayət işi çərçivəsində iki nəfər azərbaycanlı sorğu üçün saxlanılıb. Polis idarəsində aparılan sorğudan sonra onlar sərbəst buraxılıb”,- Sankt-Peterburqun hüquq mühafizə orqanlarının mətbuat xidmətindən bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti