Güləşçilərimiz Fransada 3 bürünc medal qazanıblar

 Güləşçilərimiz Fransada 3 bürünc medal qazanıblar
  02 İyul 2022    Oxunub:959
Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi baş tutub.
AzVision.az xəbər verir ki, iyulun 1-2-də keçirilən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. Güləşçilərimizin üçü də turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi iyulun 9-10-da Yunanıstanın Katerini şəhərində keçiriləcək.

AzVision.az

Teqlər: Güləş   Medal  







Xəbər lenti