Teymur Rəcəbov daha bir amerikalıya uduzub

Teymur Rəcəbov daha bir amerikalıya uduzub
  25 İyun 2022    Oxunub:1168
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində VII tur matçını keçirib.
AzVision.az xəbər verir ki, 35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov 5 heç-heçə ilə 2,5 xal yığa bilib.

AzVision.az



Teqlər: Şahmat   Rəzəbov  





Xəbər lenti