"Formula 1"-də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB
xəbər verir ki, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.
Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.
***
2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində F1 pilotlarının üçüncü məşq sessiyasına start verilib.
AzVision.az xəbər verir ki, məşq sessiyası 15:00-16:00 saatları ərzində davam edəcək. Bu gün F1 pilotlarının kvalifikasiya sessiyası isə 18:00-19:00-da baş tutacaq.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.
"Formula 1" Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
İyunun 10-da start götürən "Formula 1" Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.
AzVision.az
Teqlər: