"Azərbaycanın artan tələbatı ödəmək üçün kifayət qədər qaz ehtiyatı var" - Rövşən Nəcəf

   "Azərbaycanın artan tələbatı ödəmək üçün kifayət qədər qaz ehtiyatı var" -    Rövşən Nəcəf
  02 İyun 2022    Oxunub:887
Azərbaycanda Avropa İttifaqı ölkələrinin tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatı var.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qaz nəqli üçün indiki infrastruktur lazımi həcmdə qaz tədarükünə imkan vermir.

"Son illərdə bu sektora investisiyalar neft sahəsindən daha az olub. Ölkəmizin boru kəməri infrastrukturunun genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının cəlb olunması üzrə işlər aparılır", - deyə o bildirib.

O əlavə edib ki, növbəti illərdə təbii qaza tələb artacaq.

"SOCAR öz tərəfdaşları ilə birgə təbii qaz hasilatını artıracaq. Bizim planlarımız var. Biz əminik ki, neft-qaz ehtiyatlarına tələbat hələ azı 10 il aktual qalacaq. Bundan başqa, şirkətimiz alternativ enerji sahəsində laiyihələr üzərində işləyir. Bu layihələrin reallaşdırılması qaz istehlakının azalmasına xidmət edəcək və bu həcm ixraca yönəldiləcək", - o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti