“Lukoil” “Shell”in Rusiyadakı YDM-lərini və zavodunu alır

   “Lukoil” “Shell”in Rusiyadakı YDM-lərini və zavodunu alır
  12 May 2022    Oxunub:1022
“Lukoil” Rusiyada 400-dən çox “Shell” yanacaqdoldurma məntəqəsini və sürtkü yağları zavoduna sahib olan “Shell Neft”i alır.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. “PJSC Lukoil” “Shell”in törəmə şirkətləri ilə Rusiyada pərakəndə neft və sürtkü yağları istehsalçısı olan Shell Neft-də 100% pay almaq üçün müqavilə bağladığını elan edib.

Söhbət əsasən Mərkəzi və Şimal-Qərb federal dairələrində yerləşən 411 “Shell” yanacaqdoldurma məntəqəsindən və Tver vilayətində sürtkü yağları istehsal edən zavoddan gedir. Əməliyyat Federal Antiinhisar Xidməti tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Shell  





Xəbər lenti