“Əl Əməyi Göz Nuru” satış-sərgisi təşkil olunacaq.

   “Əl Əməyi Göz Nuru”    satış-sərgisi təşkil olunacaq.
  10 May 2022    Oxunub:944
13, 14, 15 may 2022-ci il tarixində Park Bulvar Ticarət Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə qadın sahibkarların əl işlərindən ibarət 46-cı “Əl Əməyi Göz Nuru” satış-sərgisi təşkil olunacaq.
AzVision.az xəbər verir ki, sərgidə 100-dən çox qadın sahibkara öz məhsullarını təqdim etmək üçün təmannasız platforma təqdim ediləcək və satışlardan əldə olunan gəlir qadın sahibkarların biznesinə dəstək olacaq.
Sərgi hər kəs üçün açıqdır!

AzVision.az



Teqlər: Sərgi  





Xəbər lenti