Almaniya və Qətər LNG tədarükü ilə bağlı razılığa gələ bilmir

   Almaniya və Qətər LNG tədarükü ilə bağlı razılığa gələ bilmir
  10 May 2022    Oxunub:902
Almaniya və Qətər əsas şərtlər, xüsusən də hər hansı müqavilənin müddəti ilə bağlı fikir ayrılıqlarına görə mayeləşdirilmiş təbii qazın (LNG) uzunmüddətli tədarükü ilə bağlı danışıqlarda çətinlik çəkirlər.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verib. Mənbələrdən birinə görə, tərəflər müqavilənin müddəti və uzunmüddətli razılaşmanın Almaniyanın karbonsizləşdirmə hədəflərinə yarada biləcəyi təhlükəsini müzakirə edirlər. Qeyd olunur ki, Berlin Qətərdən gələn LNG üçün digər ölkələrlə rəqabət aparır. Doha həmçinin LNG tədarükünün istiqamətini məhdudlaşdıran bir müddəa ilə bağlı danışıqlar aparır.

Bu, Almaniyanın qazı Avropanın digər hissələrinə yönəltməsinin qarşısını alacaq. Bildirilib ki, yaxın gələcəkdə Qətərdən LNG tədarükü “gözlənilmir”. Digər mənbələr alman qaz şirkətlərinin may ayında Qətərlə danışıqları bərpa edəcəyini bildirir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Almaniya   LNG  





Xəbər lenti