Avropa İttifaqı ölkələri rekord inflyasiya ilə üzləşəcək
Almaniyanın "KfW" bankının iqtisadçısı Frits Kohler-Qeyd bildirib ki, yüksək enerji və ərzaq qiymətləri səbəbindən gözlənilən iqtisadi buma az qalıb. Onun fikrincə, pandemiyadan əziyyət çəkən Avropa iqtisadiyyatında ləngimə Ukrayna böhranı ilə daha da güclənib və bu, Avropa İttifaqının əvvəlki inkişaf tempinin tezliklə bərpasına ümidləri aşağı salıb.
Almaniya, digər Qərb ölkələri kimi, Ukraynada hərbi əməliyyatın başlamasından sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi səbəbindən enerji daşıyıcılarının qiymətlərinin artması və inflyasiyanın artması ilə üzləşib. Məhdudlaşdırıcı tədbirlər əsasən maliyyə sektoruna və yüksək texnoloji məhsulların tədarükünə təsir göstərib, lakin Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması çağırışları daha çox səslənib.
İlkin Nəcəfzadə
AzVision.az