Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib

Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib
  21 Yanvar 2022    Oxunub:989
Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Azərbaycan atıcısı Ruslan Lunyov uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyindən AzVision.az -a bildiriblər ki, idmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanıb.

Xatırladaq ki, bu medal R.Lunyovun son bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.

AzVision.az


Teqlər: Qran-Pri  





Xəbər lenti