Həssas qruplar üçün kiçik bizneslər yaradılır
Qeyd olunub ki, layihə 22 min işsiz şəxsi əhatə edəcək və onların kiçik biznesə çıxışına imkan yaradacaq. Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur və qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar verilir. Artıq 3 550 nəfər biznes planlarını müdafiə edib və həmin şəxslərin aktivlərlə təminatı prosesinə artıq başlanıb. Qarşıdakı dövrdə də davam edəcək.
Layihəyə cəlb olunanların mühüm bir qismi də müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir. Görüşdə Dünya Bankının ölkə meneceri Sara Maykl, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, baş iqtisadçısı Sirma Demir Şeker və digərlərinin fikirləri dinlənilib, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası üzrə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AzVision.az
Teqlər: biznes