"Olimpiakos"un futbolçusu dəyənəklə döyülüb

 "Olimpiakos"un futbolçusu dəyənəklə döyülüb
  15 Yanvar 2022    Oxunub:1223
Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Ruben Semedu evinin qarşısında 3 naməlum şəxsin hücuma məruz qalıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Futbolçu və dostu xəstəxanaya aparılıb. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

AzVision.az


Teqlər: Futbolçu  





Xəbər lenti