“Xəzər Lənkəran” klubu təyyarə alır

“Xəzər Lənkəran” klubu təyyarə alır
  05 Aprel 2014    Oxunub:1184
"Xəzər Lənkəran" Azərbaycanda təyyarəyə malik ilk klub olacaq.
AzVision.az ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu barədə klubun ən böyük azarkeş qrupu olan "12-ci oyunçu" fanklubunun saytı məlumat yayıb.

Məlumata görə, bir neçə gün əvvəl Türkiyəyə yollanan Mustafa Dənizli vətənindən maraqlı xəbərlə qayıdıb: Dənizli aprelin 3-də Lənkəranda baş tutan məşqdən öncə keçirdiyi qısa toplantıda futbolçuları təbrik edərək bildirib ki, artıq komandanın öz təyyarəsi olacaq və bundan sonra avtobusla yol qət edib yorulmayacaqlar. "Səfər matçlarına Lənkəran hava limanından öz təyyarəmizlə uçacağıq".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ANS PRESS-ə açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi. Onun sözlərinə görə, kluba təyyarə alınması ilə bağlı mətbuat xidmətinə məlumat daxil olmayıb: "Məlumat daxil olsa, bütün ictimaiyyətlə paylaşacağıq".



Teqlər:





Xəbər lenti