Nazir: "Növbəti 5 il azad edilmiş ərazilərin bərpasında tarixi dövr olacaq"

      Nazir:    "Növbəti 5 il azad edilmiş ərazilərin bərpasında tarixi dövr olacaq"
  05 Yanvar 2022    Oxunub:1596
"Növbəti 5 il həm də işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr olacaq".

O bildirib ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqeyini qoruyub saxlayacaq:

AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Milli Məclis" jurnalına müsahibəsində deyib.
“Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir. Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin yaradır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarına da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilatçısı olmağa imkan yaradır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının reallaşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Bərpa  





Xəbər lenti