Dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalma qaydası dəyişdi

Dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalma qaydası dəyişdi
  30 Dekabr 2021    Oxunub:1591
Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydasında dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilməyəcək.

Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

AzVision.az



Teqlər: Dövlət   Borclanma  





Xəbər lenti