Ölkədaxili nağdsız əməliyyatlar artıb

Ölkədaxili nağdsız əməliyyatlar artıb
  30 Dekabr 2021    Oxunub:883
2021-ci ilin 11 ayda kartlarla aparılan ölkədaxili nağdsız əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 75.4% artıb.
AzVision.az xəbər verir ki, bu barədə AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib.

Bununla da kart əməliyyatlarında nağdsız dövriyyənin xüsusi çəkisi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23%-dən 31%-ə yüksəlib.

Bəyanatda qeyd edilib ki, müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq göstəriciləri üzrə də müsbət dinamika müşahidə olunub. Belə ki, 2021-ci ilin 11 ayı ərzində internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 60.5% və 3.8 dəfə yüksəlib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kart  





Xəbər lenti