Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib

   Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib
  13 Dekabr 2021    Oxunub:1490
“İki ay vaxtımız var, rəqibi daha yaxından tanıyacağıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. 49 yaşlı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib:

"Bunadək də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzsaq da, futbolçular layiqli oyun göstəriblər. Bu il təcrübəmiz daha çoxdur. Məndə bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir.

2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı matçlarımızdan birini oynayacağıq. Komandama güvənirəm".

Qeyd edək ki, “Qarabağ” pley-offda Fransa “Marsel”i ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti