Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi

 Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi
  13 Dekabr 2021    Oxunub:1504
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, bu mərhələdə Konfrans Liqasının qrup mərhələsində ikinci yer tutmuş klublarla, Avropa Liqasının qrup mərhələsində üçüncü olmuş klublar üz-üzə gələcək.

Bu mərhələdə Azərbaycanı təmsil "Qarabağ" klubunun rəqibi Fransanın "Marsel" klubu olub.

Püşkatma nəticəsində, həmçinin "PSV" (Niderland) - Makkabi (Təl-Əviv, İsrail), "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Çexiya), "Midtyulland" (Danimarka) - "PAOK" (Yunanıstan), "Lester" (İngiltərə) - "Randers" (Danimarka), "Seltik" (Şotlandiya) - "Bodo/Qlimt" (Norveç), "Sparta" (Çexiya) - "Partizan" (Serbiya), "Rapid" (Avstriya) - "Tottenhem" (İngiltərə) və ya "Vitess" (Niderland) cütlükləri qarşılaşacaq.

Qeyd edək ki, "Tottenhem"in qrup mərhələsindəki son matçı təxirə salındığı üçün pley-off mərhələsinə son vəsiqənin sahibi naməlumdur. UEFA-nın qərarından asılı olaraq bu mərhələyə "Tottenhem" və ya "Vitess" qatılacaq.

Matçlar fevralın 17-də və 24-də keçiriləcək.

Bu mərhələnin qalibləri 1/8 final mərhələsində Konfrans Liqasının qrup mərhələsinin qalibləri ilə üz-üzə gələcək.

Final matçı mayın 25-də Tiranada baş tutacaq.

AzVision.az


Teqlər: Futbol   Qarabağ  





Xəbər lenti