Rafael Ağayev gümüş medal qazanıb - YENİLƏNİB - 1
36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.
***16:23***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Azvision.az -ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
***13:28***
Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
Azvision.az xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev Avstraliya idmançısı Çuneari Yahiro 5:0 hesabı ilə qalib gəlib.
İdmançımız ilk görüşdə Almaniya təmsilçisi Noa Biçdən üstün olub – 2:1. Karateçimiz daha sonra Nurkanat Ajiqanov (Qazaxıstan) və Luici Busa (İtaliya) ilə üz-üzə gələcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Azvision.az
Teqlər: RəfaelAğayev