Erməniyə qalib gələn güləşçimiz bürünc medal qazandı

   Erməniyə qalib gələn güləşçimiz bürünc medal qazandı
  03 Avqust 2021    Oxunub:1828
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
Azvision.az -ın məlumatına görə, yunan-Roma güləşçisi Rafiq Hüseynov 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. 33 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Azvision.az


Teqlər: Tokio  





Xəbər lenti