Olimpiadada idmançılar medalları özləri taxacaqlar

Olimpiadada idmançılar medalları özləri taxacaqlar
  14 İyul 2021    Oxunub:1095
"Köhnə Olimpiya ənənəsinə görə medallar qaliblərə Beynəlxalq Olimpia Komitəsinin (BOK) üzvləri və ya beynəlxalq idman federasiyasının yüksək vəzifəli məmurları tərəfindən verilərək onların boynlarından asılırdı. Pandemiya, bizi dəyişməz görünən şeylərə yenidən baxmağa məcbur edir".
Azvision.az xəbər verir ki, bunu BOK prezidenti Tomas Bax deyib. Onun sözlərinə görə, Tokiodakı Olimpiya Oyunlarında mükafatların təqdim edilməsi prosedurunda dəyişikliklər ediləcək, idmançılar koronavirusun yayılma riskini azaltmaq məqsədilə təkbaşına medallar taxacaqlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Medal   Olimpiada  





Xəbər lenti