82 yaşlı Şəfiqə nənənin xanımlara tövsiyyəsi - VİDEO
AzVision.az CTV-yə istinadən xəbər verir ki, Lənkəranın Gərmətük kəndinə 58 il bundan əvvəl gəlin köçən Şəfiqə Məmmədova həyat yoldaşı Sərhad Məmmədovla hələ o vaxtlar məktəb illərində tanış olub.Ailəsinin sevgi üzərində qurulduğunu dönə-dönə dilə gətirən Şəfiqə xanım ailə qurarkən bunun əsas olduğunu deyir.Ailənin övladlarının qayğısı ilə yanaşı o vaxtlar kolxozda da işləməyə vaxt tapan Şəfiqə xanım elə bugün də yaşının ahıl çağında həyat yoldaşı Sərhad müəllimin qayğısına qalmaqla bərabər ev işlərini də görür həyət-bacasını səhmana salır toyuq cücəsini yemləyir,hətta biş-düşünü də özü edir.Bugün bu 82 yaşlı xanımı narahat edən bir səbəb var.O da bəzi gənc gəlinlərin qaynanalarına qaynatalarına lazımı qədər hörmət etməmələləridir.5 oğlan bir qız övladı olan həmçinin 11 nəvə və 5 nəticə sahibi Şəfiqə xanım gənc qızlara tövsüyyə verməklə bərabər onları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə də təbrik etməyi də unutmadı.
Teqlər: