Sinoptiklərdən xoş xəbər: havalar düzəlir

Sinoptiklərdən xoş xəbər: havalar düzəlir
  08 Mart 2014    Oxunub:1047
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi ərazilərdə duman və çiskin olacağı proqnozlaşdırılır, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti